Dünya
Kıvanc Tatlıtuğ YENİ SERİALDA
Məşhur “Prison Break” serialının terk versiyası çəkiləcək. Olayla.az türk mediasına istinadən bildirir ki, serialın məşhur qəhrəmanı olan Michael Scofield obrazını türkiyəli aktyor Kıvanc Tatlıtuğ canlandıracaq. Kıvanc Tatlıyuğ Fox tv də yayımlanacaq serialın hər bölümü üçün 280 min TL tələb edib.
Aİ ölkələri miqrasiya ilə bağlı razılığa gəldi
Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək. Bu barədə Aİ-nin ötən gün keçirilən iclasında açıqlama verilib. Aİ liderləri arasında 9 saata yaxın davam edən iclas zamanı birgə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.
Türkiyə “S-400” sistemlərini almaqdan imtina etməyəcək
“Türkiyə Rusiyadan “S-400” sistemlərini almaqdan imtina etməyəcək”. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Bloomberg” telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan “S-400” sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.
Bayağı verilişlərə reytinq qazandıran cəmiyyətdir - Nuşirəvan Məhərrəmli
“Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir”. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.
Amerika vətəndaşlarına xəbərdarlıq etdi – Türkiyənin bu əyalətlərinə getməyin
Amerika Daxili İşlər Nazirliyi vətəndaşlarına Türkiyəyə getməmək haqqında xəbərdarlıq etdi. Olaylar.az bildirir ki, Amerika vətəndaşlarına Türkiyənin 15 əyalətində istirahəti onların həyatı üçün təhlükəli ola biləcəyini əsas səbəb kimi vurğulayır. Türkiyə Amerikanın təhlükəli hesab etdiyi dördüncü turist ölkəsidir.
Terrorçular məhv edildi
Neft tankerində yanğın: 10 ölü
Nigeriyanın Laqos limanında neft tankerində baş vermiş yanğın nəticəsində azı 10 nəfər ölüb. Yanğın genişlənərək yaxınlıqdakı avtomobillərə də keçib, onlarla nəqliyyat vasitəsinin yandığı bildirilir.
İrandan daha bir addım: İsfahandakı uran zavodu yenidən işə başladı
ABŞ Prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən geri çəkilməsindən 51 gün keçərkən, rəsmi Tehran uranı zənginləşdirməklə bağlı işləri həyata keçirmək istiqamətində bir addım atıb. İran, bu ay Birləşmiş Millətlərə bağlı olan Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirdiyi kimi, İsfahanda UF6 (uran heksaflorid) istehsal edən zavodu yenidən açıb.
Ərdoğanın təbliğatçısı öldürüldü - TERRORÇULARDAN MESAJ
Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan Fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.
Qəzet redaksiyasında atışma - Ölənlər var
ABŞ-ın Merilend ştatının paytaxtı olan Annapolis şəhərində qəzet ofisi qarşısında atışma baş verib. Hadisə nəticəsində bir neçə nəfər həyatını itirib. Yerli jurnalistlərin ehtimalına görə, silahlı insident "Capital Gazette" nəşrinin ofisində baş verib.














