Dünya
Yaponiyada dini sektanın rəhbərləri edam edilib
Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib. Sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib. Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.
5 aylıq qızına 22 min dollarlıq ayaqqabı aldı - Foto
Model Kayli Cenner 5 ay öncə dünyaya gətiridiyi qızı Storminin ayaqqabı kolleksiyasını "Snapchat"də izləyiciləri ilə bölüşüb. Kayli qızına 5 aya 22 min dollarlıq ayaqqabı alıb.
Sarkisyanın qardaşı oğlundan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlandı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyandan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlayıb. Əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.
ABŞ-a ikinci Vyetnamı yaşadarıq - Cəsarətli çıxış
ABŞ Venesuelanı işğal etməyə qərar verərsə, biz bu ölkəyə ikinci Vyetnamı yaşadarıq. Bu sözləri Venesuela Konstitusiya Məclisinin rəhbəri Diosado Kabella deyib.
Dünyanın gözü Ərdoğanın andiçməsində - 17 ölkənin lideri Türkiyəyə gələcək
9 iyul tarixində baş tutacaq tədbirə 17 prezident və dünyanın 20-dən çox yüksək vəzifəli siyasi xadimi qatılacaq. Bu haqda Türkiyə mediyası xəbər yayıb.
Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb
İtaliyanın Roma şəhərində baş tutan Qravitasiya fizikası sahəsində "Marsel Qrossman Meeting" konfransı çərçivəsində Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb. Mükafata 75 yaşlı rusiyalı astrofizik Rəşid Sünyayev, Layman Peyc və çinli riyaziyyatçı Şintun Yau layiq görülübər.
İnsanlar təxliyyə olundu
Çexiyanın paytaxtı Praqanın mərkəzi Masna küçəsində yerləşən evlərdən birində böyük qaz sızması səbəbindən 500-dən çox adam təxliyyə olunub. Şəhərin tarixi rayonunda ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.














