Almaniya kansleri: “Biz artıq sülh vəziyyətində deyilik” – ÖZƏL

Almaniya kansleri Fridrix Mers ölkəsinin təhlükəsizlik mühitinə dair bəyanatla çıxış edib. 

Olaylar.az xəbər verir ki, Rheinische Post qəzetinin təşkil etdiyi tədbirdə danışan kansler deyib: "Biz müharibə vəziyyətində deyilik, amma artıq sülh vəziyyətində də yaşamırıq. Tamamilə başqa bir dünyada yaşayırıq".

Mers həmçinin Almaniya və Danimarka üzərində müşahidə olunan naməlum PUA-larla bağlı narahatlıq ifadə edib: "Biz hələ dəqiq bilmirik ki, onlar haradan gəlirlər. Ən yaxşısı bu dronların Avropa hava məkanına ümumiyyətlə daxil olmasına imkan verməmək olardı".

Xatırladaq ki, sentyabrın 27-də Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Şlezviq-Holşteyn ərazisində gecə saatlarında "dron sürülərinin" müşahidə edildiyini açıqlamışdı. Nazir qeyd etmişdi ki, naməlum PUA-ların aşkarlanması halları artır və payızda onlara qarşı mübarizə planı təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31