Orban gizli şəkildə Putinə hərbi dəstək verib

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlığı dərinləşdirərək, AB sanksiyalarından yan keçməyə və Rusiyanın müdafiə sənayesini gücləndirməyə kömək edib.

Olaylar.az xəbər verir ki, bu barədə "İnformNapalm" və "Militant İntelligence" nəşrləri "OpsHackRussia'sDay" əməliyyatı materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən əməliyyat zamanı Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli Rusiya şirkətlərinin bütün şəbəkəsi sındırılıb və onların daxili korporativ yazışmaları əldə edilib.

Məqalədə aşağıdakı sənədlər dərc olunub:

- Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin Macarıstan Müdafiə Nazirliyinə məktubu (2016).

- Macarıstanla əməkdaşlığa dair Rusiya Helikopterləri ASC-dən arayış (2016).

- "Oboronprom" ASC-nin məhsulları üçün uyğunluq sertifikatı (2014).

- Budapeştlə bağlı "İsrael Aerospace İndustries"dən "Rusiya Helikopterləri"nə məktub (2018).

Söhbət Macarıstan helikopterlərinin Rusiya və bir İsrail şirkətinin təmiri sifarişlərindən, habelə Rusiyadan onlar üçün komponentlərin tədarükündən gedir.

Bildirilib ki, Rusiya beynəlxalq sanksiyalara baxmayaraq, sistematik olaraq Macarıstandan hərbi-sənaye şirkətlərinin AB və NATO bazarlarına daxil olması üçün mərkəz kimi istifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31