Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib.
Onun sözlərinə görə, qanun layihəsində Ukraynaya hərbi yardımın davam etdirilməsi üçün bir sıra maddələr üzrə vəsaitin ayrılması nəzərdə tutulur:
USAI proqramı çərçivəsində ehtiyaclar üçün 800 milyon dollar;
"Baltik Təhlükəsizlik Təşəbbüsü" proqramı çərçivəsində 225 milyon dollar.
Bundan əlavə, 2026 və 2027-ci maliyyə illəri üçün aşağıdakı istiqamətlər üzrə yardım paketləri planlaşdırılır:
Ukraynaya hərbi yardım üçün 3 milyard dollar;
Təcili yardım üçün 500 milyon dollar;
"Ukrayna üçün FMF" proqramı üzrə 300 milyon dollar;
PDA təşəbbüsü çərçivəsində 6 milyard dollar;
Hüquq-mühafizə, antikorrupsiya orqanları və vətəndaş cəmiyyətinin inkişafı üçün 200 milyon dollar;
Ukrayna iqtisadiyyatına dəstək üçün 500 milyon dollar;
ABŞ-Ukrayna-Tayvan pilotsuz uçuş aparatları təşəbbüsü üçün 1 milyard dollar.
Qeyd edək ki, bu yardım paketi Ukraynanın davam edən müharibədə dayanıqlığını artırmaq və müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.