Koçaryan: Zəngəzur yolu mövzusu Azərbaycanın təklifi ilə gündəmə gəldi – ÖZƏL
1 Avqust 14:04 DünyaErmənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, Zəngəzur dəhlizi məsələsi 9 noyabr bəyanatının 9-cu bəndində Azərbaycanın təşəbbüsü ilə, Laçın dəhlizi ilə simmetriya yaratmaq məqsədilə yer alıb.
Olaylar.az xəbər verir ki, bu barədə o, "5-ci kanal"a verdiyi müsahibədə danışıb.
Koçaryan qeyd edib ki, Ermənistan müharibəni uduzmamalı idi: "Azərbaycanın belə bir üstünlüyü yox idi, bunu dəqiq deyirəm.(?) Paşinyan ordunu guya islahat adı altında məhv etdi, indi də eyni şeyi kilsə ilə edir."
O, həmçinin qeyd edib ki, arxiyepiskop Mikael Acapyanın müxalif mövqeyini və sərt çıxışlarını əsas gətirərək hökumətin "qırmızı xətləri" asanlıqla keçdiyini deyib: "Çox düşündüm, amma celibat (keşişlərin evlənməməsi) ilə ölkənin təhlükəsizliyi arasında bir əlaqə tapa bilmədim. Nikol Paşinyan isə bu əlaqəni tapır."
Koçaryan əlavə edib ki, hazırkı prokurorluq məhkəmə sisteminin bir hissəsi deyil, "Vətəndaş Müqaviləsi" partiyasının təbliğat maşınına çevrilib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi ətrafında baş verənlər də daxili çəkişmələrdir və məqsəd seçkilər ərəfəsində sistemdən siyasi məqsədlərlə istifadə etmək ola bilər.
Sabiq prezident bildirib ki, qarşıdan gələn seçkilərlə əlaqədar olaraq, Ermənistanın "kağız parçası" şəklində hansısa diplomatik sənəd alması mümkündür: "Bu sənəd seçicilərə təsir etmək üçün istifadə oluna bilər. Ən həssas təbəqələr bu hakimiyyətə səs verdi, amma onların həyatında heç nə dəyişmədi. Daha pisi budur ki, Paşinyan ona səs verənləri belə sevmir. Xarici aləmdə artıq heç kim ona ciddi şəkildə etibar etmir, amma onu hələ də istifadə edirlər."