Lukaşenko Putinlə görüşə gəldi
1 Avqust 12:57 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa işgüzar səfərə gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan "Pool of the First" Telegram kanalı məlumat yayıb.
Bundan əvvəl Lukaşenkonun avqustun 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşünün planlaşdırıldığı bildirilmişdi.
İki ölkə liderləri qeyri-rəsmi şəraitdə ikitərəfli münasibətlərin inkişafı, birlik layihələri, beynəlxalq gündəm, regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31