Kamçatkada yenidən güclü zəlzələ olub

Rusiyanın Kamçatka bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Olaylar.az Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Təqiqat Mərkəzinin Kamçatka filialının mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 89 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin yeraltı ocağı 26,2 kilometr dərinlikdə olub.

Qeyd edilir ki,son günlər Kamçatda bölgəsində yüksək seysmik aktivlik müşahidə olunmaqdadır. İyulun 30-da Kamçatkada 8,7 bal gücündə zəlzələ ardınca 30-a yaxın afterşok və sunami baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31