Kaxa Kaladze yenidən Tbilisi meri vəzifəsinə namizəd göstərildi – ÖZƏL
1 Avqust 11:55 DünyaOlaylar.az xəbər verir ki, Tbilisinin hazırkı meri Kaxa Kaladze üçüncü dəfə mer postuna namizədliyini irəli sürüb. O, iqtidarda olan "Gürcü Arzusu" partiyasının rəsmi namizədidir. Təqdimat mərasimi paytaxtın Mtatsminda parkında keçirilib və partiyanın rəhbər şəxsləri, o cümlədən qurucusu və fəxri sədri Bidzina İvanişvili də iştirak edib.
Kaladzenin namizədliyini Gürcüstanın Baş naziri İrakli Kobaxidze elan edib: "Biz Tbilisinin meri postuna sadəcə yaxşı siyasətçi və ya sadəcə yaxşı menecer yox, əsl çempion irəli sürürük. O, ölkəmizə yüksək səviyyəli qələbələr qazandırmış bir insandır - siyasətçi, menecer, vətənpərvər və nümunəvi ailə başçısıdır".
Kaladze isə seçildiyi halda fəaliyyətini iki əsas prinsip üzərində quracağını bildirib: "Tbilisi - məsuliyyət şəhəri, Tbilisi - imkanlar şəhəri".
Kaxa Kaladze 2017-ci ildən Tbilisinin meridir, 2021-ci ildə ikinci dəfə bu vəzifəyə seçilmişdi.