Covid-19 xərçəngə yol aça bilir: alimlər təsdiqlədi

Covid və qrip kimi respirator xəstəliklər insan bədənində olan yatmış xərçəng hüceyrələrini oyada və onların yayılmasına yol aça bilər. Bu barədə alimlər xəbərdar edib.

Olaylar.az xəbər verir ki, elmi araşdırmanın nəticələri "The Independent" nəşri tərəfindən işıqlandırılıb.

Tədqiqat zamanı Covid-ə və ya qripə yoluxdurulmuş sınaq siçanlarında yatmış xərçəng hüceyrələri oyanıb və sürətlə yayılmağa başlayıb.

Orqanizm infeksiya ilə üzləşən zaman immun sisteminin aktivləşməsi zamanı meydana gələn iltihab prosesi DCC xərçəng hüceyrələrini oyada bilir. Bu hüceyrələr ilkin şişdən ayrılaraq uzaq orqanlara yayıla bilən və çox vaxt uzun müddət yuxuda qalan hüceyrələrdir.

Tədqiqatçılar aşkar ediblər ki, siçanlarda Covid və ya qrip infeksiyası, yoluxmadan cəmi bir neçə gün sonra ağciyərlərdə metastatik hüceyrələrin kütləvi artımına, iki həftə ərzində isə metastatik ocaqların yaranmasına səbəb olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31