İran Sudandakı paralel hökumətə qarşı çıxdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Sudandakı son hadisələrlə bağlı narahatlığını ifadə edib. O bildirib ki, bu ölkədə paralel hökumətin yaradılması Sudanın milli suverenliyinə və ərazi bütövlüyünə ziddir.

Bəqai vurğulayıb ki, belə addımlar Sudanın sabitliyi və təhlükəsizliyi üçün dağıdıcı nəticələr doğura bilər. Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyünə və milli birliyinə hörmət göstərilməlidir. O, xarici müdaxiləni kəskin şəkildə tənqid edərək qeyd edib:
"Sudan böhranının həlli xarici müdaxiləsiz, sudanlılar arasında dialoqun başlanmasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31