Trampdan ŞOK QƏRAR: Ağ Evi SÖKÜR
1 Avqust 10:57 DünyaABŞ prezidenti Donald Tramp XX əsrin ortalarından bəri Ağ Evdə ən böyük tikinti işlərini planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
O, adətən birinci xanımın ofisi tərəfindən istifadə edilən Şərq Qanadındakı otaqların sökülməsini və onların yerində 200 milyon dollara başa gələcək bal zalının inşasını təklif edib.
Prezidentin NBC-yə verdiyi açıqlamada bildirilir ki, bu dəyişiklik Ağ Evə sığmayan tədbirlər üçün çadırların qurulması zərurətini aradan qaldıracaq.
Tikinti işlərinə sentyabrda başlanacaq və prezidentlik müddəti başa çatmadan tamamlanması planlaşdırılır.
Layihə Trampın şəxsi vəsaiti və özəl ianələr hesabına maliyyələşdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31