Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək – ÖZƏL
1 Avqust 10:46 DünyaABŞ Prezidenti Donald Tramp bildirib ki, onun xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək.
Olaylar.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib: "Əvvəl İsrailə gedəcək, sonra - inanırsınızsa - Rusiyaya".
Xatırladaq ki, Tramp daha əvvəl Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiya və onunla ticarət edən tərəfdaşlara qarşı 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq ediləcəyi ilə hədələyib.
İyulun 14-də bu çağırışı edən Tramp əvvəlcə Rusiyaya 50 günlük müddət vermişdi. Lakin iyulun 28-də bu vaxtı 10-12 günə endirib. İyulun 29-da isə bildirib ki, bu 10 günlük ultimatumun müddəti avqustun 8-də başa çatacaq. Tramp, həmçinin, Rusiya Prezidenti Vladimir Putindən heç bir reaksiya görmədiyini və bundan məyus olduğunu qeyd edib.