BƏƏ-dən Rusiya qarşı ŞOK ADDIM - Ard-arda bağlanır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən banklar rusiyalı mənşəli şirkətlərin hesablarını kütləvi şəkildə bağlamağa başlayıblar.

Olaylar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu kateqoriyaya daxil olan bizneslərin təxminən 30 faizi yoxlamalara, məhdudiyyətlərə və bloklamalara məruz qalıb.

Qeyd olunur ki, hətta sənədlərdəki cüzi səhvlər və ya bank tərəfindən göndərilən məktublara vaxtında cavab verilməməsi belə hesabların bağlanması üçün əsas kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31