ABŞ Ukraynayla bağlı bu layihə ilə ÇALXALANIR - Respublikaçılar HƏRƏKƏTƏ KEÇDİLƏR

ABŞ Senatında Ukraynaya qarşıdakı iki il ərzində 54,6 milyard dollar məbləğində maliyyə yardımı ayrılmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bildirilir ki, vəsaitin müəyyən hissəsi dondurulmuş Rusiya aktivlərinin müsadirəsi hesabına maliyyələşdiriləcək.

Layihə eyni zamanda ABŞ prezidentinə Ukraynaya silah və hərbi texnika göndərilməsi ilə bağlı səlahiyyətlərin genişləndirilməsini təklif edir. Belə ki, sənəddə prezidentin bu prosesi Konqresin əvvəlcədən razılığı olmadan həyata keçirməsinə icazə verilməsi nəzərdə tutulur.

Lakin qəzet qeyd edir ki, layihənin Konqresdə təsdiqlənməsi ehtimalı aşağıdır. Səbəb kimi Respublikaçılar Partiyasının əksər üzvlərinin, xüsusilə prezident Donald Trampın təsiri altında xarici yardımlara ayrılan xərclərin azaldılmasını dəstəkləmələri göstərilir.

Məqalədə vurğulanır ki, Trampa yaxın fiqurlardan olan vitse-prezidentliyə namizəd Cey Di Vens açıq şəkildə bəyan edib: Ukrayna "heç bir halda" daha 60 milyard dollar yardım almayacaq. Bu bəyanat Respublikaçılar Partiyasının sözügedən məsələ ilə bağlı sərt mövqeyini əks etdirən açıq mesaj kimi qiymətləndirilir.

Hazırda layihənin müzakirəsi davam edir. ABŞ-ın Ukraynaya dəstək siyasəti yenidən daxili siyasi qarşıdurmaların mərkəzinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31