Kiyevə DƏHŞƏTLİ HÜCUM: Ölənlərin sayı 27-yə çatdı, matəm elan olundu
1 Avqust 10:06 DünyaRusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son raket zərbələri nəticəsində həlak olanların sayı artır.
Olaylar.az xəbər ki, şəhər administrasiyasının yaydığı son məlumata görə, hücum nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, təkcə paytaxtda ölənlərin sayı 13 nəfərə çatıb. Onun sözlərinə görə, raket hücumları nəticəsində onlarla insan da yaralanıb, bir çox yaşayış binası və infrastruktur obyektinə ciddi ziyan dəyib.
Faciədən sonra şəhərdə matəm elan olunub. Hakimiyyət orqanları hücumları mülki əhaliyə qarşı "terror aktı" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31