ABŞ vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq etdi
31 İyul 10:18 DünyaABŞ Dövlət Departamenti çərşənbə günü rəsmi "X" (keçmiş Twitter) səhifəsində İrana səfərlə bağlı təhlükəsizlik xəbərdarlığı yayıb.
Olaylar.az rəsmi bəyanata istinadən xəıbər verir ki, İranın təyyarə reyslərinə qoyduğu məhdudiyyətlərin ləğvinə baxmayaraq ABŞ vətəndaşları bu ölkəyə səfər etməzdən əvvəl təhlükəsizliklə bağlı ən son məlumatları nəzərdən keçirməlidirlər.
Departament bildirib ki, hazırda ABŞ-nin Tehrandakı maraqlarını qoruyan İsveçrə hökumət idarəsi bağlandığı üçün Amerika vətəndaşlarına konsulluq yardımı göstərmək mümkün deyil.
Rəsmi qurum ABŞ vətəndaşlarına İrana səfərlərdən çəkinməyi və ehtiyatlı olmağı tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31