Kadırov gülməməsinin səbəbini AÇIQLADI

Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında niyə gülmədiyini izah edib.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, hazırda ciddi olmaq və diqqəti cəmləmək vaxtıdır.

O bildirib ki, düşmənlər hələ də planlar qurur və intriqalar yaradır, lakin çeçenlər buna baxmayaraq möhkəm və sarsılmaz qalırlar.

"Artıq çoxdan məni gülərkən görmürsünüz. Mən gülmürəm, gözləyirəm. Baxıram. Yadda saxlayıram", - deyə Kadırov qeyd edib.

"Onlar qaranlıqda nə qədər pıçıldasalar da, nə qədər planlar qursalar da, qələbəmiz uzaqda deyil", - deyə Kadırov yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31