"Orel" sualtı qayığı dünyada ən böyük qanadlı raketi sınaqdan keçirdi - ÖZƏL
30 İyul 19:10 DünyaRusiya Hərbi Dəniz Donanmasına məxsus "Orel" atom sualtı qayığı "İyul fırtınası" təlimləri çərçivəsində dünyada ən böyük qanadlı raketi buraxıb.
Bu barədə Olaylar Military Watch Magazine jurnalına istinadən xəbər verir.Nəşrin yazdığına görə, bu sualtı qayıq 24 ədəd "Qranit" qanadlı raketini daşıya bilir və həmin raketlərin ölçüləri müasir suüstü hərbi gəmilərin qanadlı raketlərinin ölçülərini təxminən dörd dəfə üstələyir.
"Dünyanın ən iri qanadlı raketi Rusiya atom sualtı qayığı tərəfindən buraxılıb..." - deyə nəşrdə bildirilir.
İyun ayında xəbər verilmişdi ki, Şimal Donanmasına məxsus "Severodvinsk" və "Orel" sualtı qayıqları Barens dənizində "Kalibr" və "Qranit" qanadlı raketləri ilə təlim atışları keçirib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31