Çin ABŞ-ın hədələrinə baxmayaraq Rusiya neftini almağa davam edəcək
30 İyul 19:01 DünyaÇin Rusiya neftinin idxalını davam etdirəcək, çünki Pekin enerji suverenliyinə ciddi yanaşır.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bu qərarın nəticələri kimi yüksək tariflər tətbiq oluna biləcəyi barədə Çin rəsmilərini xəbərdar edib.
Bu barədə Olaylar "Reuters" agentliyinə istinadən xəbər verir ki,Çin rəsmiləri ABŞ nazirinə cavab olaraq bildiriblər ki, Çin enerji ehtiyacları olan suveren dövlətdir.
Onlar həmçinin vurğulayıblar ki, Rusiya neftinin alınması ilə bağlı qərarlar Çin Xalq Respublikasının daxili siyasətinə uyğun şəkildə veriləcək.
"Sanksiyalara məruz qalmış Rusiya neftini alan istənilən tərəf bunun nəticələrinə hazır olmalıdır", - deyə Bessentin sözləri məqalədə sitat gətirilir.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Vaşinqtonun Çinin İran nefti alması ilə bağlı narahat olduğunu bəyan etmişdi.