Suriya XİN rəhbəri Moskvaya gedir – Rusiya druzlara silah verir

Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani bu həftənin cümə axşamı Rusiyaya səfər etməyi planlaşdırır. Bu barədə Reuters məlumat yayıb.

Olaylar.az xəbər verir ki, bu arada Suriyadakı mənbələr Aram News saytına bildiriblər ki, Rusiya qüvvələri Suriya ərazisindəki Əs-Suveydə bölgəsində yerləşən druz milislərinə iki mərhələdə silah partiyası ötürüb - həm Suriya ordusu ilə qarşıdurmalardan əvvəl, həm də döyüşlər zamanı.

Mənbələrin bildirdiyinə görə, verilən silahlar arasında yüngül və orta çaplı silahlar, snayper tüfəngləri, tank əleyhinə raketlər, o cümlədən "Kornet" raketləri də olub. Bu silahlar döyüşlərin gedişində qüvvələr nisbətini druzların xeyrinə dəyişə bilib.

Məsələ Suriya daxilində balansın dəyişməsinə və Moskva-Dəməşq münasibətlərinə necə təsir edəcək - bu, yaxın günlərdə aydınlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31