İsrailli nazir: HƏMAS girov məsələsindən daha vacibdir
30 İyul 16:53 Dünya"Qəzza zolağında HƏMAS üzərində qələbə girov məsələsindən daha vacibdir".
Olaylar.az xəbər verir ki, bunu İsrailin irs naziri Amicay Eliyahu deyib.
"Girov məsələsinə yalnız qələbədən və HƏMAS-ın məğlubiyyətindən sonra baxacağıq. Oğurlanan insanlar hazırkı missiyanın diqqət mərkəzində olmamalıdır. Bu çaşqınlıq bizi indiyədək Qəzzada ilişdirib saxlayan şeydir. Bir çox insanlar girov məsələsini qələbə qazanmaqdan daha vacib hesab edirlər və bu, səhvdir", - nazir vurğulayıb. (Teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31