Pezeşkian Pakistana gedir

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə avqustun 2-si İslamabada səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə İran prezidentinin siyasi müşaviri Mehdi Sənayi məlumat yayıb.

Sənayi səfərin əyalət və sərhəd əməkdaşlığının inkişaf etdirilməsi, həmçinin mövcud 3 milyard dollarlıq ticarət həcminin artırılması məqsədi ilə olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31