İranın Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda polis qüvvələri yoxlama məntəqəsində minik avtomobilinə atəş açıblar.
Olaylar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində 19 yaşlı gənc həlak olub, 22 yaşlı gənc isə ağır yaralanıb.
Yaralının polis nəzarəti altında xəstəxanaya köçürüldüyü bildirilib.