Tramp: Yeni sanksiyalar Rusiyaya təsir etməyə də bilər - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq ediləcəyi bildirilən yeni sanksiya və gömrük rüsumlarının nəticə verəcəyinə şübhə etdiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
"Bilmirəm, bu addımların Rusiyaya təsiri olacaq, ya yox. Amma biz təklif etdiyiniz kimi rüsumlar və digər tədbirlər tətbiq edəcəyik. Bu, onlara təsir edə bilər, amma etməyə də bilər. Bu, mümkündür", - deyə Tramp 29 iyul tarixində prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Qəzet yazır ki, Trampın bu bəyanatı Vaşinqtonun Rusiyaya qarşı hansı təzyiq mexanizmlərinə malik olduğu və Trampın bunlardan istifadə etməyə nə dərəcədə hazır olduğu barədə suallar doğurur.
Tramp daha əvvəl - 14 iyulda bəyan etmişdi ki, əgər ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, 50 gün ərzində Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100 faiz həcmində gömrük rüsumları tətbiq ediləcək. Lakin sonradan o, bu müddətin 10 günə endirildiyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın bu açıqlamalarına münasibət bildirərək Kremlin bəyanatla tanış olduğunu, Ukrayna ilə bağlı yüksək səviyyədə hər hansı əlaqəyə maraqlı olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31