Çin və Rusiya avqustda “Dəniz Əməkdaşlığı – 2025” hərbi təlimləri keçirəcək - ÖZƏL
30 İyul 12:10 DünyaÇin və Rusiya silahlı qüvvələri avqust ayında Vladivostok yaxınlığındakı akvatoriya və hava məkanında "Dəniz Əməkdaşlığı - 2025" adlı birgə hərbi-dəniz təlimləri keçirəcək. Olaylar.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin nümayəndəsi, baş polkovnik Can Syaoqan brifinq zamanı məlumat verib.
"Təlimlərdən sonra hər iki tərəfdən cəlb olunmuş qüvvələrin bir hissəsi Sakit okeanın müəyyən olunmuş ərazilərinə göndərilərək altıncı birgə dəniz patrul xidmətinə başlayacaq", - deyə o bildirib.
Can Syaoqanın sözlərinə görə, bu tədbirlər Rusiya və Çin silahlı qüvvələri arasında illik əməkdaşlıq planına daxildir. Nümayəndə vurğulayıb ki, keçiriləcək təlimlər heç bir üçüncü dövlətə qarşı yönəlməyib və hazırkı beynəlxalq və regional vəziyyətlə bağlı deyil.