Şanxayda həyəcan siqnalı: 300 minə yaxın sakin təxliyə olundu
30 İyul 10:25 DünyaŞanxay hökuməti "Co-May" tayfunu səbəbindən yaranan güclü yağışlar nəticəsində 280 mindən çox insanı müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürüb.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Şəhərdə daşqın və təbii fəlakətlərə qarşı dörd səviyyəli fövqəladə reaksiya sisteminin üçüncü səviyyəsi (birinci səviyyə ən yüksəkdir) aktivləşdirilib.
Şanxay Meteoroloji Stansiyasının məlumatına görə, 24 saat ərzində şəhərə 80 mm-dən artıq yağıntı düşəcəyi gözlənilir. Bu isə xüsusilə daşqına meyilli ərazilərdə subasma təhlükəsini artırır.
Qeyd edək ki, "Co-May" tayfunu iyulun 29-dan 30-na keçən gecə Şanxay da daxil olmaqla, Çinin şərqində yerləşən Yantzı çayı deltası bölgəsinə güclü külək və leysan yağışları gətirib. Meteoroloqlar tayfunun şəhər aqlomerasiyası boyunca şimal-qərb istiqamətində hərəkət etdiyini və küləyin sürətinin saniyədə 28 metrə çata biləcəyini bildiriblər.