Regionda zəlzələ təhlükəsi – “Panikaya düşməyin!”

"Kamçatka baş verən hadisə regionda qeydə alınmış ən güclü zəlzələdir".

Olaylar.az xəbər verir ki, bunu vilayətin qubernatoru Vladimir Solodov deyib.

"Müntəzəm, uzunmüddətli afterşoklar gözlənilir", - deyə o bildirib.

O, sakinləri panikaya düşməməyə çağırıb:

"Yalnız rəsmi məlumatlara etibar edin. Bütün təcili yardım xidmətləri gücləndirilmiş rejimdə işləyir".

Solodov qeyd edib ki, Kamçatkadakı zəlzələdən sonra dəymiş maddi ziyanın ümumi qiymətləndirilməsi bir həftə ərzində hazır olacaq:

"Mən fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə komissiyanın təcili iclasını keçirdim. Prioritet vəzifələri müəyyən etdim. İyulun 31-dək yoxlama üçün obyektlərin siyahısı tərtib olunacaq. Bütün yaşayış binalarına baxış keçiriləcək. Gələcəkdə belə dağıntıların qarşısını almaq üçün təkliflər hazırlayacağıq". (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31