Türkiyə Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) verdiyi məlumata görə, yeraltı təkanların gücü 4,3 bal təşkil edib.
Olaylar.az xəbər verir ki, zəlzələ saat 06:40-da (Bakı vaxtı ilə 07:40) baş verib.
Yeraltı təkanların episentri 15,6 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib. Yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır.