Netanyahunun vəkilini öldürmək istədilər: qətli sifariş edən... - ŞOK ADLAR
30 İyul 10:01 DünyaFransa hüquq-mühafizə orqanları İsrailin Baş naziri Benyamin Netanyahunun vəkili Olivye Pardo ilə bağlı mümkün sui-qəsd planını araşdırmağa başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb və xəbər ilk olaraq "Frans Press" agentliyi tərəfindən ictimaiyyətə çatdırılıb.
Məlumata görə, bu iddia iyulun 16-da Seneqalda səfərdə olan keçmiş məhbus, polisə xəbərçilik edən Rudi Terranovanın etirafları ilə gündəmə gəlib. O bildirib ki, səfər zamanı "Hizbullah" nümayəndələri onunla əlaqə saxlayaraq, Pardonun aradan götürülməsi ilə bağlı tapşırıq verdiklərini söyləyiblər.
Terranova əlavə edib ki, vəkilin İsrailin baş naziri ilə yaxın əməkdaşlığı onu hədəfə çevirib. Olivye Pardo isə məsələyə münasibət bildirərək, istintaqın bu iddiaların doğru olub-olmadığını üzə çıxaracağını vurğulayıb.
Hadisə ilə bağlı araşdırma davam edir, Rudi Terranova isə iyulun 21-də aparılan istintaq çərçivəsində həbs olunub.