Peskov: Baltikdəki potensialımızı Almaniya unutmamalıdır - ÖZƏL

Olaylar xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Bu, onlara bir daha xatırladır ki, ölkəmiz təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək üçün, xüsusən də bizim üçün mühüm olan Baltik kimi bir bölgədə kifayət qədər potensiala malikdir", - deyə onun sözləri sitat gətirilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Hərbi Dəniz Donanması ən müasir texnika və silahlarla təchiz olunacaq.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Kennet Harms isə qeyd edib ki, Almaniya hakimiyyəti Rusiya prezidentinin donanmanın təchiz olunması ilə bağlı sözlərini nəzərə alıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31