Kılınkarov: Zelenskinin dəyişdirilməsi çevriliş yolu ilə baş verəcək - ÖZƏL
29 İyul 19:14 DünyaVladimir Zelenski daxili çevriliş nəticəsində hakimiyyəti itirə bilər.
Olaylar xəbər verir ki,bu barədə NEWS.ru saytına Ukrayna Ali Radasının sabiq deputatı Spiridon Kılınkarov bildirib.
Onun sözlərinə görə, Ukraynada hakimiyyət dəyişikliyi siyasi böhranla müşayiət oluna bilər.
"Mən daxili çevrilişə, bəlkə də parlament çevrilişinə ümid edirəm. Əminəm ki, bu proses birbaşa və sadə şəkildə baş verməyəcək", - deyə Kılınkarov qeyd edib.
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bildirmişdi ki, ABŞ və Böyük Britaniya Andrey Yermak, Kirill Budanov* və Valeri Zalujnın iştirakı ilə gizli görüş təşkil ediblər. Qurumun məlumatına görə, Vaşinqton və London Valeri Zalujnını Ukrayna prezidentliyinə namizəd kimi irəli sürmək istəyir.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31