Türkiyədə FETÖ əməliyyatı: 77 nəfər saxlanıldı
29 İyul 17:02 DünyaTürkiyənin 26 vilayətində son iki həftə ərzində FETÖ-ə qarşı aparılan əməliyyatlar çərçivəsində 77 nəfər saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Əli Yerliqaya paylaşım edib.
Paylaşımda bildirilib ki, sosial şəbəkələr vasitəsilə FETÖ-nün təbliğatını aparmaq, təşkilatın mövcud strukturunda iştirak etmək və təşkilata maliyyə yardımı göstərmək ittihamı ilə saxlanılan 77 nəfərin 56-sı həbs edilib, 21-i barəsində isə müəyyən ədliyyə prosedurları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31