Tramp və Fon der Leyen ABŞ-nin Rusiya ilə ticarətdə tariflərinin məsələsini müzakirə ediblər- ÖZƏL
29 İyul 16:06 DünyaABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen 27 iyul tarixində Şotlandiyada keçirilən görüş zamanı ABŞ-nin Rusiyanın ticarət tərəfdaşlarına qarşı tətbiq edəcəyi 100% tariflərin vaxtının qısaldılması məsələsini müzakirə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Stefan De Keersmaker məlumat verib.
O, sualı cavablandırarkən bildirib ki, "bəli, bu məsələ danışıqlar zamanı gündəmə gəlib". Tramp ABŞ-nin Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı tarifləri sürətləndirmək niyyətini ifadə etmişdi.
Əvvəlcə Tramp Ukrayna ilə Rusiya arasında 50 günlük müddət qoymuşdu ki, bu müddət ərzində danışıqlar nəticəsində razılıq əldə olunmasa, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100% tariflər tətbiq edəcək. Lakin ABŞ lideri bazar ertəsi günü Rusiyadan və münaqişənin həllindən narazılığını bildirərək bu müddəti 10-12 günə endirdiyini açıqlayıb. O, həmçinin Vladimir Putinlə danışıqlarla artıq maraqlanmadığını qeyd edib, lakin hansı mövzuda və hansı səviyyədə əlaqələrin dayandırıldığı barədə açıqlama verməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın açıqlamasını "qəbul etdiklərini" bildirərək, Moskvanın sülh yoluyla münaqişənin həllinə sadiq olduğunu, lakin öz maraqlarını qorumaq üçün xüsusi hərbi əməliyyatlarını davam etdirəcəyini vurğulayıb.