Peskov: Çin, Şimali Koreya və İran Rusiya ilə eyni dünya nizamı baxışını bölüşür – ÖZƏL
29 İyul 15:31 DünyaRusiya Federasiyasının Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Çin, Şimali Koreya və İran Rusiyanın müttəfiqləri və tərəfdaşlarıdır və bu ölkələrlə dünya nizamının əsasları barədə eyni baxışı bölüşürlər.
Olaylar.az xəbər verir ki, o, bu fikri jurnalistlərin xarici işlər naziri Sergey Lavrovun Rusiya tarixdə ilk dəfə Qərblə təkbaşına mübarizə apardığına dair açıqlamasını şərh edərkən səsləndirib.
"Bu bizim müttəfiqlərimiz, tərəfdaşlarımızdır, biz onlarla dünya nizamının əsaslarına dair ortaq baxışa sahibik," - deyə Peskov qeyd edib.
Xatırladaq ki, iyulun 28-də "Mənalar ərazisi" forumunda çıxış edən Sergey Lavrov, Rusiya tarixində ilk dəfə olaraq kollektiv Qərbə qarşı tək mübarizə apardığını bildirmişdi. O vurğulamışdı ki, Birinci və İkinci dünya müharibələrində Rusiyanın müttəfiqləri olsa da, bu dəfə belə deyil. Diplomat ölkəni yalnız öz gücünə arxalanmağa və zəiflik göstərməməyə çağırmışdı.