Çimərlikdə 3 yaşlı qız uşağının meyiti tapılıb – ÖZƏL
29 İyul 14:24 DünyaYunanıstanın Palea-Faliro bölgəsində yerləşən "Edem" çimərliyində 3 yaşlı qız uşağının meyiti aşkarlanıb.
Olaylar.az xəbər verir ki, Daily Express nəşrinin Yunanıstan Sahil Mühafizəsinə istinadla yaydığı məlumata görə, uşağın üzərində yalnız çimərlik geyimi olub və onun kimliyi hələ müəyyən olunmayıb. Hakimiyyət orqanlarına bu xüsusiyyətlərə uyğun hər hansı itkin uşaq barədə müraciət daxil olmayıb.
Meyitin ilkin məhkəmə-tibbi ekspertizasına əsasən, qızcığazın baş və bədən nahiyəsində ciddi xəsarətlər, alnında, dodaqlarında, burnunda, sağ burun dəliyində, dizlərində və sağ çiynində göyərmələr müşahidə olunub. Həkimlər onun bir neçə saat dənizdə qaldığını ehtimal edir. Ekspertiza həmçinin uşağın həyatda olarkən ağır qidalanma çatışmazlığı yaşadığını müəyyən edib.
Hüquq-mühafizə orqanları azyaşlının qayıqdan atılmış ola biləcəyini istisna etmir. Hadisə ilə bağlı araşdırma aparılır.