"Cənubi Qafqazı itirsək, Şimali Qafqazda dərhal problemlər başlayacaq" – Sardar Yan xəbərdarlığı - ÖZƏL
29 İyul 13:58 DünyaOlaylar.az xəbər verir ki, MGİMO-nun (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) İdarəetmə və Siyasət fakültəsinin dekanı Genri Sardar Yan "Sputnik" radiosuna müsahibəsində Rusiyanın Cənubi Qafqazdakı prioritet vəzifələrindən danışıb.
Onun sözlərinə görə, Rusiya bölgədə tamamilə yeni yanaşmalar və məqsədlərlə, bütün enerjisini səfərbər edərək, vəziyyəti nəzarətə götürməlidir:
"Biz bu ərazilərə tamamilə yeni məqsədlərlə və bütün enerjimizlə daxil olmalı və sərhədlərimizdə nizam yaratmalıyıq. Əgər Cənubi Qafqazı itirsək, dərhal Şimali Qafqazda problemlər başlayacaq, ardınca Orta Asiyada çalxalanmalar, daha sonra isə Volqaboyu, Tatarıstan, Başqırdıstan və ölkəmizin digər bölgələrində narahatlıqlar baş verəcək", - deyə Sardar Yan bildirib.
Ekspertin fikrincə, Rusiyanın strateji sabitliyi və milli təhlükəsizliyi üçün Cənubi Qafqazda möhkəmlənmək həyati əhəmiyyət daşıyır.