Tayland Kamboca ilə münaqişə nəticəsində 300 milyon dollardan çox təzminat tələb edir- ÖZƏL

Tayland hökuməti Kamboca ilə baş verən silahlı toqquşmalar nəticəsində ölkənin iqtisadiyyatına dəyən zərəri ilkin olaraq 300 milyon dollardan artıq qiymətləndirib. Olaylar.az xəbər verir ki,  bu barədə ölkənin baş nazirinin müavini, maliyyə naziri Fiçay Çunhavaçira  məlumat verib.
Nazir qeyd edib ki, bu rəqəm artmaqda davam edə bilər. Tayland hökuməti beş gün davam edən silahlı qarşıdurmanın nəticələrini aradan qaldırmaq üçün ilkin mərhələdə 618 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tayland və Kamboca arasında münasibətlər 2025-ci il mayın 28-də Tayland əsgərlərinin Kambocanın mübahisəli ərazidə yerləşən hərbi postuna atəş açmasından sonra kəskinləşməyə başlayıb. Mübahisəli ərazi Kambocanın Preahvixear və Taylandın Ubonratçatxani əyalətləri arasında yerləşir.
İyulun 24-də sərhədyanı bölgələrdə və Tamaonthom, Tamaontauch və Takrabey məbədlərinin ətrafında yenidən silahlı qarşıdurmalar baş verib. Tərəflər arasında baş verən bu eskalasiya nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31