Çin Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasını alqışlayır - ÖZƏL
29 İyul 11:52 DünyaÇin hakimiyyəti Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasını dəstəkləyir və bu dialoqun qlobal sabitliyə töhfə verəcəyinə ümid edir. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun məlumat verib.
"Çin Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasını, onların qlobal sülh və sabitliyə töhfəsini alqışlayır", - deyə o, brifinq zamanı bildirib.
Quo Jiakun bu fikirləri Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında avqustun sonu - sentyabrın əvvəllərində Pekində mümkün görüşü şərh edərkən səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31