Paşinyan II Qareginin istefası ilə bağlı son tarixi verdi
10:44 DünyaErmənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər bütün ermənilərin katolikosu II Qareginin istefasına nail olmaq istəyir.
Olaylar.az xəbər verir ki, bu barədə "İravunk" qəzeti məlumat yayıb.
Erməni nəşri bildirir ki, baş nazir məqsədlərinə nail olmaq üçün dini cameə daxilində özünə tərəfdarlar tapmağa çalışır:
"Məlum olur ki, hazırda baş verən sükut kilsəyə qarşı kampaniyanın dayandırılması anlamına gəlmir, əksinə, bu, ruhanilər arasında həmfikir tapa bilməməkdən irəli gəlir.
Paşinyan komanda yoldaşlarına tapşırıq verib ki, məzuniyyəti başa çatmamış masasına konkret faktlarla dəstək verənlərin siyahısını qoyulmalıdır ki, ilin son bayramı olan Xaçverata qədər məqsədlərinə çatsınlar".
Qeyd edək ki, Ermənistan hökumətinin rəhbəri iyulun 28-dən avqustun 15-dək məzuniyyətdədir. (Teleqraf)