ABŞ-da atışma: 6 nəfər öldürüldü
29 İyul 10:05 DünyaBazar ertəsi axşam ABŞ-ın Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadən "NBC News" məlumat yayıb.
Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var. Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.
Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31