BMT-də Fələstin məsələsi ilə bağlı yüksəksəviyyəli konfrans keçirilir
28 İyul 20:14 DünyaBMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Fələstin məsələsi və iki dövlətli həllin icrası ilə bağlı yüksəksəviyyəli konfrans keçirilir.
Konfrans Fransa və Səudiyyə Ərəbistanının həmsədrliyi ilə baş tutub.
Baş Assambleyanın mandatı altında üç gün davam edəcək konfrans çərçivəsində plenar iclas, işçi qruplarının görüşləri təşkil olunacaq, BMT-nin yüksəksəviyyəli rəsmilərinin və üzv dövlətlərin çıxışları dinləniləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31