Gümrü meri həbs olunan yepiskopları müdafiə etdi: “Bu, siyasi sifarişdir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gümrü meri Vardan Qukasyan 28 iyulda jurnalistlərlə görüşündə arxiyepiskop Baqrat Qalstanyan və Mikael Acapaxyanın həbslərini qəti şəkildə pislədiyini bildirib.

O qeyd edib ki, hər iki din xadimi Gümrüdəndir: "Mikael Acapaxyanla baxışlarımız üst-üstə düşməsə də, onu hörmətlə qarşılayıram və bu hadisənin siyasi sifariş olduğunu düşünürəm".

Mer bildirib ki, rəsmi ittihamla tanış deyil, amma baş verənlərə çox mənfi yanaşır: "Mənim 65 yaşım var və ilk dəfədir ki, yepiskopların həbs olunduğunu görürəm. Belə hallar yalnız 1937-ci ildə baş verirdi".

Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan və "Müqəddəs Mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi üzrə (hakimiyyətin zorla ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunun zorla devrilməsinə açıq çağırışlar) cinayət işi açılıb. Hər iki dini lider həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31