İsrail Qəzza zolağına 300-dən çox humanitar yardım yük maşını buraxdı - ÖZƏL
28 İyul 13:47 Dünyaİsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərin əlaqələndirilməsi üzrə idarəsi (COGAT) Qəzza zolağına 300-dən çox humanitar yardım yük maşınının daxil olduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, idarənin "X" platformasında yaydığı məlumata görə, təkcə dünən 120-dən artıq yük maşını ilə gətirilən humanitar yardım BMT və beynəlxalq təşkilatların əməkdaşları tərəfindən yerli əhali arasında paylanıb.
Bundan əlavə, Qəzzaya daxil olmuş ən azı 180 yük maşını hələ də boşaldılmağı gözləyir. Yardımın məzmunu və hansı bölgələrə çatdırıldığı barədə əlavə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31