Çin Ukraynanın Çin şirkətlərinə sanksiya qərarına etiraz edir- ÖZƏL
11:43 DünyaÇin Xarici İşlər Nazirliyi Ukrayna tərəfindən bir sıra Çin şirkətlərinə qarşı tətbiq olunan məhdudiyyətləri tənqid edib. Olaylar.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Go Tsyakun sözlərinə görə, Pekin BMT Təhlükəsizlik Şurasının təsdiqini almayan birtərəfli sanksiyalara qarşı çıxır və Ukraynanı bu səhv siyasəti düzəltməyə çağırır.
"Çin hər zaman BMT Təhlükəsizlik Şurasının razılığı olmadan tətbiq edilən birtərəfli sanksiyalara qarşı olub. Ukrayna tərəfini bu səhv siyasəti düzəltməyə və mənfi nəticələrdən qaçmağa çağırırıq," - deyə diplomat bildirib.
Qeyd edək ki, Ukrayna son günlər bir sıra Çin şirkətlərinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Bu qərar Çin tərəfinin narazılığına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31