Avstriya XİN: “Tramp Krımı və Ukraynanın şərqini Putinə gümüş nimçədə təqdim etdi - ÖZƏL
11:18 DünyaAvstriyanın xarici işlər naziri Beate Maynl-Rayzingerin bəyan edib ki, Ukraynanın şərqində Rusiyanın əldə etdiyi uğurların səbəblərindən biri də ABŞ prezidenti Donald Trampın siyasətidir.
"ABŞ Prezidenti Tramp Krımı və Ukraynanın bir neçə şərq vilayətini Putinə sanki gümüş nimçədə təqdim etdi", - deyə nazir 26 iyul tarixində Welt am Sonntag qəzetinə verdiyi müsahibədə bildirib.
Maynl-Rayzingerin sözlərinə görə, Trampın Ukraynanın NATO-ya üzv qəbul olunması ehtimalını istisna etməsi də Rusiya üçün müsbət nəticələr doğurub.
Qeyd edək ki, 13 martda ABŞ Prezidenti Tramp Ağ Evdə NATO baş katibi Mark Rutte ilə görüşündə Ukraynanın alyansa qoşulmaq arzusu ilə bağlı hər kəsin cavabı bildiyini deyib. Onun sözlərinə görə, ukraynalılar bu cavabı artıq 40 ildir bildiklərini anlayıblar.
24-25 iyun tarixlərində Haaqada keçirilmiş NATO sammitinin yekun bəyanatında isə Ukraynaya hərbi dəstəkdən danışılır, lakin nə üzvlük perspektivinə, nə də 2024-cü ildə Vaşinqtonda qəbul olunmuş sənəddəki kimi "NATO-ya aparan geri dönməz yola" istinad edilir.