Fələstin üzrə konfrans davamlı sülhə doğru mühüm addımdır - Antonio Quterreş
26 İyul 22:25 DünyaFələstin məsələsi üzrə gələn həftə keçiriləcək yüksəksəviyyəli konfrans davamlı sülhün təmin olunması istiqamətində mühüm addım olacaq.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.
O, konfransın təşkilində göstərdikləri liderlik və dəstəyə görə həmsədrlər - Fransa və Səudiyyə Ərəbistanını alqışladığını bildirib.
Qeyd edək ki, yüksək səviyyəli konfrans iyulun 28-29-da Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçiriləcək. Tədbirdə Fələstinin Baş naziri Mohammad Mustafa da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31