Böyük Britaniya Fələstini rəsmən tanıya bilər

Qəzza zolağında atəşkəs əldə olunduqdan sonra Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıya bilər.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer X sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.

"Ən yaxın müttəfiqlərimizlə birlikdə müharibədən əziyyət çəkənlərin həyatını yaxşılaşdıracaq real həll yollarına fokuslanaraq regionda davamlı sülhün təmin olunması üçün strategiya üzərində işləyirəm. Bu strategiya vacib atəşkəsi uzunmüddətli sülhə çevirməyə yönəlmiş konkret addımları əhatə edəcək. Fələstin dövlətinin tanınması da bu addımlardan biri olmalıdır. Bu məsələdə mövqeyim tam aydındır," - deyə Starmer vurğulayıb.

O həmçinin əlavə edib ki, Fələstinin tanınması iki dövlət prinsipinə və həm fələstinlilər, həm də israillilər üçün uzunmüddətli təhlükəsizlik təminatına əsaslanan daha geniş sülh planının tərkib hissəsi olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31