Çində çikunqunya virusuna yoluxma sürətlə artır
10:04 DünyaÇinin cənubundakı Quanq-donq əyalətinin Foşan şəhərində son iki həftədə ağcaqanadlarla yoluxan çikunqunya virusuna yoluxma hallarının sayı 4014-ə yüksəlib.
Olaylar.az xəbər verir ki, yoluxmada artım əsasən ölkənin cənub əyalətlərində müşahidə olunur.
Rəsmilər bildiriblər ki, hadisələrin 90 faizi şəhərin Şunde rayonunda baş verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanad dişləməsi ilə keçən çikunqunya virusu qızdırma və oynaq ağrılarına səbəb olur.
Nadir hallarda ölümlə nəticələnir.
Xəstələrinin müalicəsi üçün iki təsdiqlənmiş peyvənd mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31