Avropa Komissiyasının rəhbəri Şotlandiyada Trampla danışıqlar aparacağını elan edib - ÖZƏL

Olaylar xəbər verir ki,Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Şotlandiyada ABŞ prezidenti Donald Trampla danışıqlar aparacağını elan edib.

"Söhbət etmək və transatlantik ticarət münasibətlərini necə güclü saxlamaq barədə müzakirə aparmaq üçün bazar günü Şotlandiyada görüşmək barədə razılaşdıq," - deyə o, X sosial şəbəkəsində yazıb.

Financial Times nəşrinin mənbələrinin məlumatına görə, Britaniyanın baş naziri Kir Starmer Trampın Şotlandiyaya səfərindən viskiyə tətbiq olunan rüsumların azaldılması üçün istifadə etməyi planlaşdırır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31